44 günlük Vətən savaşında şəhid olan Elman Əliyevə həsr edilmiş “Musiqi ilə qəhrəmanlıq dastanı yazan şəhidimiz – ELMAN ƏLİYEV” adlı sənədli filmin geniş təqdimatı olub.
Mingəçevir Gənclər Evində baş tutan təqdimatda “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, şəhidin ailə üzvləri və dostları, Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Aqil Ələsgər, filmin peşəkar heyət tərəfindən hazırlandığını qeyd edərək, dəstəyə görə Gənclər Fonduna təşəkkürünü bildirib.