Şirvan şəhərində intihara cəhd hadisəsi olub.
Şirvanda intihara cəhd
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
FHN-nin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şirvan şəhərində 1 nəfər ikimərtəbəli binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.