Ötən gün Bakının Binə qəsəbəsində baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.
Hadisə qətlə yetirilən 1978-ci il təvəllüdlü Mirzəyev Allahverdi Ağaşirin oğlunun öz evinə gəldiyi zaman baş verib.
Belə ki, A.Mirzəyevə 10 RL 313 dövlət nömrə nişanlı “Gelandewagen” markalı avtomobilindən düşüb evinin həyətinə daxil olan zaman arxadan baş nahiyəsindən atəş açılıb. O, hadisə yerində keçinib. Qətlin kim tərəfindən törədildiyi hələlik məlum deyil.