Bakı şəhərində qohumundan hədə-qorxu ilə 100 min ABŞ dolları tələb edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinə paytaxt sakini R. Rəhmanovdan hədə-qorxu yolu ilə 100 min dollar tələb edilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.