Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Şəmkirdə qadın bıçaqla hədələndi

1 499
Paylaş:
Şəmkirdə qadın bıçaqla hədələndi

Şəmkir Rayon Polis Şöbəsinə rayon ərazisində kirayədə yaşayan Gəncə şəhər sakini A.Zeynalovanın bıçaqla hədələnərək pulunun, 15 000 manat dəyərində qızıl-zinət əşyalarının, mobil telefonunun və pulqabısının alınması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş S.Misirov müəyyən edilərək paytaxt ərazisində idarə etdiyi “Opel” markalı avtomobillə birgə saxlanılıb.

Paylaş:

Ən son xəbərlər