Rusiya Federasiyası Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin keçmiş rəisi, general-polkovnik Fyodor Ladıgin uzun sürən xəstəlikdən sonra vəfat edib.

Pravda.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Federasiyasının Hərbi Liderlər Klubunun qərargah rəhbəri Nikolay Deryabin bildirib.

"Fyodor İvanoviç uzun sürən xəstəlikdən sonra 84-cü yaşında vəfat edib", - o bildirib.

Qeyd edək ki, general Ladıgin 1992-1997-ci illərdə Baş Kəşfiyyat İdarəsinin Baş Qərargahına rəhbərlik edib.