Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakıda yük maşını iki avtomobillə toqquşub, ölən var

1 697
Paylaş:
Bakıda yük maşını iki avtomobillə toqquşub, ölən var

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda "Shacman" markalı yük avtomobili ilə “Mercedes” və "Nissan" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sərnişinlər, 1996-cı il təvəllüdlü Nəsirli Turxan Nizami oğlunun və digər bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan "Mercedes" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Paylaş:

Ən son xəbərlər