Bakının Yasamal rayonunda intihar hadisəsi qeydə alınıb.

Pravda.az xəbər verir ki, intihar Yeni Yasamal yaşayış massivində baş verib.

Məhəmməd Xiyabani küçəsində yerləşən binanın beşinci mərtəbəsində yaşayan 1987-ci il təvəllüdlü Quliyev Seymur Nəsib oğlu özünü eyvandan atıb.

S.Quliyev hadisə yerində ölüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.


APA