Bakıda dönərdən kütləvi zəhərlənmə baş verib.
Bakıda 8 nəfər dönərdən zəhərləndi
Pravda.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu məlumat verib.
O qeyd edib ki, zəhərlənənlərin hamısı Tibbi Mərkəzə gətirilib.
E.Hidayətoğlu bildirib ki, zəhərlənənlərin sayı 8 nəfərdir, onlardan 1-i 16 yaşlı yeniyetmədir: “Onlar müxtəlif saatlarda zəhərləniblər. “28 Mall”ın yaxınlığında yerləşən dönərxanadan dönər alıb yeyiblər. Bir qədər sonra həmin şəxslərin hamısında zəhərlənmə əlamətləri olub. Zəhərlənən şəxslərin bəzilərinin vəziyyəti orta-ağırdır. 1 nəfər isə evə buraxılıb".