Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Bakıda dönərdən kütləvi zəhərlənmə ilə bağlı məsələyə münasibət bildirib.
Pravda.az-ın xəbərinə görə, AQTA-dan bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb.
Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
AQTA Bakıda kütləvi zəhərlənmə ilə bağlı araşdırmaya başladı