"İdmançılarımızın göstərdikləri yüksək nailiyyətlər, nüfuzlu idman yarışlarının yüksək səviyyədə təşkil edilməsi Azərbaycanı dünyaya idman ölkəsi olaraq tanıdır".

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Adil Əliyev bildirib.

A.Əliyev qeyd edib ki, idmançıların qayğıları və çətinlikləri hər zaman Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanımın diqqət mərkəzindədir: "Bu gün ölkə başçısı tərəfindən UEFA Konfrans Liqasının qrup mərhələsində uğurla iştirak edərək növbəti mərhələyə vəsiqə qazanmış Qarabağ futbol klubunun oyunçularının qəbul edilməsi, habelə klubun inkişafı ilə əlaqədar maddi yardımın ayrılması idmana verilən dəyərin, aparılan uğurlu idman siyasətinin əyani təcəssümüdür".