Bakıda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu çərçivəsində üç ölkənin biznes və investisiya sahəsində fəaliyyət göstərən müxtəlif qurumları arasında ticari, iqtisadi, eləcə də sənaye sahəsində beş sənəd imzalanıb.
Pravda.az xəbər verir ki, ilk imzalanan sənəd Azpromo ilə Gürcüstan Ticarət və Sənaye Palatası arasındakı anlaşma memorandumu olub.
Növbəti sənəd Azərbaycan Ticarət və Sənaye Palatası ilə Gürcüstanın Ticarət və Sənaye Palatası arasında imzalanmış anlaşma memorandumu olub.