Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

"Ramin Yeraz"a hökm oxundu

973
Paylaş:
"Ramin Yeraz"a hökm oxundu

Sosial şəbəkələrdə "Ramin Yeraz" ləqəbi ilə narkotik vasitələri təbliğ etməkdə təqsirləndirilən Ramin İsmayılovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, R. İsmayılov Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nizami rayon sakini olan Ramin İsmayılov narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərində 5,140 qram heroin aşkar olunub.

R.İsmayılov bundan əvvəl 2018-ci ildə dələduzluqda şübhəli bilinərək saxlanılıb. O, sosial şəbəkələrdə “Ramin Yeraz” ləqəbi ilə ifaçı kimi tanınıb.

Paylaş:

Ən son xəbərlər