Dekabrın 14-ü saat 20 radələrində Ağstafa rayonu Köçəsgər kənd sakini 2001-ci il təvəllüdlü Çingiz Vəlizadənin bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Ağstafa rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla Köçəsgər kənd sakini 1998-ci il təvəllüdlü Əli Əsgərovun yaşadıqları kəndin ərazisindən keçən su kanalının yaxınlığında dayısı oğlu Çingiz Vəlizadə ilə şəxsi münasibətlər zəminində aralarına yaranmış mübahisə zamanı bıçaqla sonuncuya xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.