Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

DİN Bakının mərkəzindəki aksiya ilə bağlı məlumat yaydı

936
Paylaş:
DİN Bakının mərkəzindəki aksiya ilə bağlı məlumat yaydı

Dekabrın 15-də saat 12 radələrində bir qrup şəxs Səbail rayonu ərazisindəki Fəvvarələr meydanında ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarına zidd olaraq, eləcə də icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib.

Pravda.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aksiyaya cəhdin qarşısı alınaraq həmin şəxslər ərazidən uzaqlaşdırılıblar.

Xidməti vəzifələrini yerinə yetirən asayiş keşikçilərinin qanuni tələblərinə riayət etməyən bir neçə nəfər saxlanılıb və xəbərdarlıq edildikdən sonra onlar sərbəst buraxılıblar.

Paylaş:

Ən son xəbərlər