Bu ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 31 580 nəfər və ya 0,3% artaraq 2021-ci il noyabr ayının 1-i vəziyyətinə 10 150 713 nəfərə çatıb.
Azərbaycan əhalisinin sayı açıqlandı
Pravda.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Əhalinin ümumi sayının 53%-i şəhər, 47%-i kənd sakinləri, 49,9%-i kişilər, 50,1%-i isə qadınlardır. Əhalinin bir kvadrat kilometrə düşən sayı 117 nəfər olub.