Azərbaycanda 4442 məktəb fəaliyyət göstərir. Ümumilikdə bu məktəblərdə 1,6 milyon şagird təhsil alır, 151 min müəllim çalışır.
Pul yığdığı deyilən direktor danışdı: "Xərcləri nə ilə ödəməliyik?"
Təhsilin keyfiyyətli olması üçün hər il dövlət büdcəsindən külli miqdarda vəsait ayrlır.
Lakin direktorlardan biri deyib ki, məktəbin xərclərini qarşılaya bilmir. 189-190 nömrəli məktəbin direktoru Ceyran Quliyeva "ARB Xəbər"ə deyib ki, məktəbdəki xərcləri heç nə ilə təmin edə bilmir.