Neftçala Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini S.Əhmədlidən müvafiq sənədləri olmayan “İj-54” markalı ov tüfəngi götürülüb.
Neftçala sakinindən odlu silah götürüldü
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Faktla bağlı RPŞ-də araşdırmalar aparılır.