Bakı şəhərində aparılan abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, həyata keçirilən silsilə tədbirlər çərçivəsində Hüseyn Seyidzadə küçəsi 11, 13 və 20 Yanvar küçəsi 15 saylı binaların əhatə etdiyi ərazidə abadlıq, quruculuq və yenidənqurma işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib.
Hazırlanmış layihəyə uyğun olaraq Hüseyn Seyidzadə küçəsi 11 saylı binanın fasadı, dam örtüyü əsaslı təmir edilib, 4 ədəd giriş qapısı, pilləkən qəfəslərinin 16 ədəd pəncərəsi, yağış suları axıdan borular və navalçalar dəyişdirilib,
Görülmüş işlər çərçivəsində binaların əhatə etdiyi həyətə 2500 kv.m. asfalt örtüyü, 1000 kv.m-ə yaxın qazon, 300 kv.m-dən artıq tamet daşı vurulub, 400 p.m. yeni bardürlər və kiçik tullantıların atılması üçün 2 ədəd yeni zibil qutusu qoyulub.




