Məzmuna keç
Pravda.az — xəbər portalı
İqtisadiyyat

“Lirənin başının üzərində “qara buludlar” hələ də qalmaqdadır”

990
Paylaş:
“Lirənin başının üzərində “qara buludlar” hələ də qalmaqdadır”

“Türkiyə lirəsi bugün yenidən anti-rekordunu vurdu.  Əvvəlcədən gözlənildiyi kimi  Türkiyə  Mərkəzi Bankının uçot dərəcəsini 15 faizdən 14 faizə endirməsi 1 dolların 15,7 lirəyədək ucuzlaşmasını şərtləndirdi.  Uçot dərəcəsinin aşağı salınması  qısa müddətli dövrdə dövriyyədə pul kütləsinin artmasına, faiz dərəcəsinin aşağı düşməsinə, uzun müddətli dövrdə  sərmayələrin çoxalmasına gətirib çıxarır. Lakin hakimiyyətin hazırkı məzənnə rejimində  tətbiq etdiyi  bu siyasətlə yerli istehsal mallarının satışını stimullaşdırmaq istəyinin "xərcləri"  türkiyə iqtisadiyyatına və istehlakçısına baha başa gəlir. Odur ki, lirənin başının üzərində qara buludlar hələ də qalmaqdadır”

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu bildirib.

Q.İbadoğlu bildirib ki, ilin sonu olduğuna görə xarici borc öhdəliklərinin icrası səbəbindən valyutaya tələbatı da artırır: “Digər tərəfdən də əhalinin gəlirləri dəyərsizləşir və qiymətlər daha sürətlə artır. Aztəminatlılara sosial təsirləri neytrallaşdırmaq üçün Türkiyədə minimum əmək haqqı 50 faiz qaldırılıb ki, bu da həm də özəl şirkətlərin əmək haqqına yönələn xərclərini artırmaqla onların sərmayə imkanlarını məhdudlaşdırır. Göründüyü kimi Türkiyə iqtisadiyyatı labirintin içindədir. Belə olanda da  düşünülməmiş qərarların qəbulunun fəsadları əvvəlki ilə müqayisədə daha böyük olur. Tanrı Türkiyəni qorusun!”

Paylaş:

Ən son xəbərlər