İsmayıllı Rayon Polis Şöbəsinə müraciət edən vətəndaş ona məxsus “VAZ-2106” markalı avtomobilin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olan müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı həmin nəqliyyat vasitəsi Qəbələ rayonu ərazisində tərk edilmiş vəziyyətdə aşkarlanıb.