"Kütləvi tədbirlər, o cümlədən etiraz toplantıları icazəli və ya razılaşdırılmış yerlərdə olmalıdır".
Pravda.az-ın xəbərinə görə, bunu 16 saylı Yasamal ikinci seçki dairəsindən lider namizəd Erkin Qədirli deyib.
"Bir halda ki, mitinq üçün Lökbatandakı yer ayrılıb, oraya getmək lazımdır. Şərhdə yerləşdirdiyim keçidə inansaq, bu statusu yazdığım anda səs verənlərin 71%-i gücün tətbiq olunmasıyla nəticələnə biləcək yolu seçiblər. Məncə, belə seçimləri heç zarafat məqsədilə də etmək doğru deyildir. "Situativ qavrama" adlanan bir anlayış var (daha çox hərbçilər işlədirlər). Harada olduğunu bilmə, ilk dəfə olsa belə gəldiyin yeri tanıma və s. kimi qavramları içinə alır. Bu, əslində, yalnız hərbdə deyil, həyatın əksər sahələrində yararlı olan bir anlayışdır. Bizim toplumda yertanımayla bağlı ciddi problem var. Nəticənin mənfi, hətta təhlükəli olacağı bilinsə də, eyni yanlış seçimlər edilir. Mitinq üçün yer Lökbatanda ayrılıbsa, oraya getmək gərəkdir" - E.Qədirli qeyd edib.
Mitinq üçün yer Lökbatanda ayrılıbsa, oraya getmək gərəkdir" - Erkin Qədirli