Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

“Təhsil işçilərinin maaşlarının artırılması onların sosial rifahının yaxşılaşdırılmasına hədəflənib” - Deputat

1 118
Paylaş:
“Təhsil işçilərinin maaşlarının artırılması onların sosial rifahının yaxşılaşdırılmasına hədəflənib” -     Deputat

“Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı növbəti iki sərəncam ölkədə təhsil işçilərinə diqqət və qayğının növbəti təzahürü kimi qiymətləndirilməlidir. Sərəmcamlar 2022-ci ilin yanvar ayınını 1-dən qüvvəyə minir və nəticədə, dövlət ümumtəhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlığı rəhbələrinin maaşı isə orta hesabla 40 faiz artırılır. Həmçinin sərəncam peşə təhsili müəssisələrində çalışan müəllimləri də əhatə edir. Ümumilikdə sərəncamların icrası üçün dövlət büdcəsindən 273 milyon manat illik əlavə vəsaitin ayrılması nəzərdə tutulub. Bu, onların əməyinə verilən qiymətdir”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev Prezident İlham Əliyevin əmək haqqılarının artırılması ilə bağlı imzaladığı sərəncamlar barədə danışarkən deyib.

N.Həmzəyev vurğulayıb ki, maaş artımlarının növbəti illərdə də davam edəcəyi gözlənilir: “Təhsil işçilərinin sosial qayğısı dövlət tərəfindən hər zaman diqqətdə saxlanılır. Müəllimlərin sosial durumunun növbəti illərdə daha da yaxşılaşdırılacağı istisna edilmir.  Onu da qeyd edim ki, təhsil müəssisələrində çalışanların əməkhaqqı artımı 165 min təhsil işçisini əhatə edir. Yəni, sərəncamların əhatə dairəsi genişdir. Bu, həmçinin müəllimlər arasında rəqabət mühitinin dərinləşməsinə və əmək məhsuldarlığının artımına təminat verir”.

Nəzrin Cavid

Paylaş:

Ən son xəbərlər