Bu gün saat 14:00-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.
Pravda.az-ın xəbərinə görə, iclasda MSK-ya daxil olan müraciətlərlə bağlı qərar veriləcək.
Seçki dairələrindən bir neçəsinin nəticələrinin ləğv edilməsi gözlənilir.
Qeyd: MSK-nın fevralın 13-də keçirilmiş iclasında 4 seçki dairəsinin nəticələri ləğv edilib:
- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə
- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli
- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu
- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.
MSK bu gün iclas keçirir - TƏCİLİ