Bəli artım təhsil işçilərini əməkhaqqına da şamil olunub. Nə qədər müəllimin maaşı artırılacaq və neçə faiz olacaq?. Bu barədə Təhsil Naziriliyində keçirilən brifinqdə nazir müavini İdris İsayev bütün suallara aydınlıq gətirib.
''Təhsil sistemində 255 minə yaxın şəxs çalışır. Bu şəxslərin hamısı təhsil verən deyil. Onların müəyyən qismi müəllim, idarəedici, texniki işçilərdir''. Bunu təhsil nazirinin müavini İdris İsayev müəllimlərin əməkhaqqlarının artımı ilə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, bugünkü Sərəncamla dövlət təhsil müəssisələrində çalışan müəllimlərin, direktorların, direktor müavinlərinin vəzifə maaşları yanvarın 1-dən 20 faiz artırılır. Gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin vəzifə maaşı isə 40 faiz artırılır. Nazir müavini bilidirdi ki, müəllimlər iki qrupa bölünür. Dövlət ümumtəhsil müəssisələrində təxminən 150 minə yaxın müəllim çalışır, bu müəllimlərin təxminən 82 faizi ali təhsilli müəllimlərdir. Bu gün onların orta aylıq vəzifə maaşları 564 manatdır. Bu vəzifə maaşları orta göstəricidir. Vəzifə maaşları müəllimlərin pedaqoji stajından asılı olaraq fərqlənir. 3 ildən 18 ilə qədər staj üzrə fərqli əmək haqqı mövcuddur.