Bu sual çox abituryenti və tələbəni maraqlandıran vacib və maraqlı bir sualdır. Xaricde tehsil almaq üçün hansı şərtlər tələb olunur?..
Xaricdə təhsil almağın birinci şərti xarici dil bilməkdir. Təbii ki, bunu hərkəs yəqin ki bilir. İlk öncə dil öyrənməlisiniz. Xarici universitetlərin əksəriyyətində bir çoxunda təhsil İngilis dilində olduğu üçün beynəlxalq İngilis dili sertifikatları bugün çox populyardır. Xüsusilə də İELTS, TOEFL, TESTDAF və s.
Azərbaycanlı tələbələrimizin ən çox xaricə oxumağa təhsil üçün getdikləri ölkə qardaş ölkə Türkiyədir. Qədim tarixə malik olan Türkiyə Asiya və Avropa qitələri arasında yerləşir. Dil, mədəniyyət, adət-ənənə və s. baxımdan bağlılığımız, inkişaf edən iqtisadiyyat və təhsil sistemi, əhalinin qonaqpərvərliyi, mehribanlığı və Türkiyənin bölgədə ən təhlükəsiz ölkələrdən biri olması Azərbaycanlı tələbələrin Türkiyəni üstünlük verməsinə səbəb olur. Türkiyə ali təhsil müəssisələri inkişaf etmiş ölkələr səviyyəsində tədris xidmətləri təklif edir. Türkiyədə 206 universitet var ki, onlardan 129-u dövlət, 77-si özəldir. Universitetlərdə xarici tələbələr seçimlərindən asılı olaraq həm ingilis, həmçinin türk dilində təhsil ala bilərlər.
Əgər siz də Türkiyədə təhsil almaq istəyirsinizsə, Türkiyə Dövlət Universitetlərinin rəsmi nümayəndəsi olan "XaricdəOxu" şirkətinə müraciət edə bilərsiniz.
Tam imtahansız, attestatla Türkiyədə təhsil almaq mümkündür. Türkiyənin reytinqli dövlət üniversitetlərinə bakalavr və magistratura üçün tam ödənişsiz qəbul ola bilərsiniz.
Türkiyədə təhsil almaq üçün tələb olunan sənədlər hansılardır?
Bakalavr üçün:
1. Attestat və ya Kollec diplomu (Attestat yoxdursa 11-ci sinifi bitirdiyinə dair arayış)
2. Transkript (Qiymət cədvəli) 9-10-11 qiymətlərinin çıxarılışı
3. Fotoşəkil 3x4 ölçüsündə (12 ədəd)
4. Xarici Passport və ya Şəxsiyyət vəsiqəsi
Magistratura üçün:
1. Bakalavr diplomu
2. Transkript (Qiymət cədvəli dekanlıqdan istəsəniz veriləcək) qiymətlərinin çıxarılışı (4 illik)
3. Fotoşəkil (rəngli) 3x4 ölçüsündə 12 ədəd
4. Xarici Passport və ya Şəxsiyyət vəsiqəsi
5. 2 Ədəd tövsiyə məktubu universitet müəllimlərindən.
6. Motivasiya məktubu 1 ədəd
Türkiyədə təhsilin avantajları:
1. İllik təhsil haqqı: 300-450 azn (2 dəfəyə ödəmək imkanı ilə)
2. Xidmət haqqı: 300 azn-dan
3. Əsgərlikdən 4 İLLİK möhlət hüququ
4. Yüksək təhsil keyfiyyəti
5. 100% Qəbul
6. 100% Diplomun tanınması
7. Türkiyədə oxuyarkən işləmək imkanı
8. Attestatla Tibb təhsili