Bakı Apellyasiya Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

Pravda.az-ın məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə R.Əkbərovun vəkilləri müdafiə çıxış edib.

Onlar müdafiə etdiyi şəxsin günahsız olduğunu bildiriblər, R.Əkbərova bəraət istəyiblər.

Növbəti proses dekabrın 27-də davam etdiriləcək.