Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar olaraq ölkənin avtomobil yollarının vəziyyəti haqqında məlumat yayıb (23.12.21, saat 10:00).
AAYDA-dan verilən məlumata görə, Əhmədbəyli-Füzuli-Şuşa “ZƏFƏR” yolu ərazisində yağıntı yoxdur, 3-4 dərəcə şaxta var, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Toğanalı-Kəlbəcər-İstisu: yağıntı yoxdur, yolun Murovdağdan keçən hissəsində 21.12.21 tarixdən gecə saatlarına qədər güclü qar yağmış, qarın hündürlüyü yoldan kənarlarda 30-35 sm təşkil edir. 16-20 dərəcə şaxta var, yolda buzlaşma əmələ gəlmişdir. Yağıntı başlayandan bu gün səhər saatlarınadək yolun qardan təmizlənməsi işləri davam etdirilmiş, qum-duz səpilmişdir. Hazırda bununla bağlı müvafiq tədbirlər davam etdirilir. Şinləri zəncirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi: Siyəzən, Şabran, Quba və Qusar rayonları ərazisində zəif qar yağır, yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. 3-4 dərəcə şaxta var. 22.12.21 tarixdə Xınalıq yolunda 10-12 sm qar yağmış, yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda qeyd olunan ərazidə külək var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Giləzi-Xızı: qar yağır, 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yol qardan təmizlənir, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Bakı-Qobustan: Abşeron rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Qobustan-Şamaxı-Muğanlı: yağıntı yoxdur, 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Muğanlı-Ağsu-Yevlax: yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Bakı-Ələt-Hacıqabul: yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Hacıqabul - Ucar - Yevlax - yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.