Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində faəliyyət göstərən Mətbuat Qrupu tərəfindən sosial şəbəkələrdə yayılan görüntülərin maksimum araşdırılması təmin edilib.
Pravda.az-ın xəbərinə görə, bunu MSK-nın bu gün keçirilən iclasında Komissiya üzvü Qabil Orucov deyib.
Onun sözlərinə görə, bütün görüntülər hər bir dairə və məntəqə üzrə araşdırılıb:
“Ümumi araşdırılan videogörüntülərin sayı hazırda 220-ni keçib. Bu görüntülər, ümumilikdə, 30 dairəni, 116 məntəqəni əhatə edir. MSK-ya daxil olan şikayətlər üzrə bəzi videogörüntülər sosial şəbəkələrdə paylaşılanlar olsa da, bəzisi müstəqil şəkildə yayılanlardır”.Report