Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında fevralın 9-da keçirilən parlament seçkiləri ilə əlaqədar bir neçə seçki dairəsində səsvermənin nəticələri ilə bağlı müraciətlərə baxılıb.
Pravda.az-ın xəbərinə görə, Əməkdar artist, 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd Elza Seyidcahanın da şikayəti müzakirə olunub.
Müzakirələrdən sonra müraciətin araşdırılması üçün müvafiq DSK-ya göndərilməsi ilə bağlı qərar qəbul edilib.
MSK Elza Seyidcahanın şikayətinə baxdı