Türkiyənin milli müdafiə naziri Hulusi Akar ona “torpaqlarımızı işğaldan azad edəcəyik” sözünü verən Azərbaycan Ordusunun şəhid baş leytenantı Valeh Məmiyevin ailəsini Türkiyəyə səfərə dəvət edib.
Şəhid baş leytenant Valeh Məmiyevin ailəsi Hulusi Akarın dəvəti ilə Türkiyəyə gedib
Pravda.az-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Şəhid baş leytenant Valeh Məmiyevin ailəsi Ankarada Anıtqəbiri ziyarət edib, Qurtuluş Savaşı və Atatürk Muzeyində olublar.