"ABŞ Rusiya ilə yanvarda təhlükəsizliklə bağlı danışıqlar keçirəcək. Lakin danışıqların detalları hələ tam razılaşdırılmayıb”.

Pravda.az-ın xəbərinə görə, bunu Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

“Yanvarda bizim danışıqlarımız olacaq. Biz sadəcə olaraq bütün detalları razılaşdırmamışıq. Bu, növbəti mərhələdə olacaq”, deyə Psaki əlavə edib.