BURADA REKLAMINIZ OLA
BİLƏR

Namiq Qaraçuxurlu: “Bəzi sənətçilər kimi evimi, maşınımı satıb, Türkiyəyə xərcləməyəcəm"

Meyxanaçı Namiq Qaraçuxurlu Türkiyə şou-biznesinə qatılır.

 

Pravda.az axsam.az-a istinadən xəbər verir ki, sənətçi bu barədə "Zaurla Günaydın" verilişində deyib. O bildirib ki, təklif qardaş ölkədən gəlib.

 

Namiq bildirib ki, qarşı tərəflə şərt kəsib: “Mənimlə böyük layihə etmək istəyirlər. Həyata keçirə bilsək, yaxşı olacaq. Türkiyədə də meyxana dinləniləcək. Təklifi alanda mənə qəribə gəldi. İlk onu dedim ki, bəzi sənətçilərimiz evini, maşının satır gedir. Fikirləşməsinlər ki, mən də onlara pul verəcəm.

 

Bizim bəzi sənətçilərimiz onları belə öyrəşdiriblər. Mən onlara pul verən deyiləm. Buna da ürək lazımdır. Gücüm çatsa, edərəm. Amma artıq pulum yoxdur ki, verim, özümü Türkiyədə reklam edim".

Tarix: 3 Noyabr 2019, 11:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin