Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Xocavənddə avtomobildən dəmir qalıqları aşkarlandı

879
Paylaş:
Xocavənddə avtomobildən dəmir qalıqları aşkarlandı

Xocavənddə avtomobildən dəmir qalıqları aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumat verilib.

Xocavənd Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə rayonun Böyük Tağlar kəndi ərazisindəki nəzarət postunda “Mersedes” markalı yük avtomobilinə “saxla” işarəsi verilib. Yoxlama aparılarkən sürücü Qazax rayon sakini Məzahir Abdullayevin rayon ərazisinə daxil olmaq üçün müvafiq icazəsinin olmadığı müəyyən edilib. Nəqliyyat vasitəsinə baxış keçirilən zaman isə çəkisi 2 tona yaxın dəmir qalıqları aşkarlanıb.

Hazırda faktla bağlı Xocavənd RPŞ-də araşdırmalar davam etdirilir.

Paylaş:

Ən son xəbərlər