Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakıda intihara cəhd

1 040
Paylaş:
Bakıda intihara cəhd

Bakıda intihara cəhdin qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Yasamal rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzilin eyvanına bərkidilən kondisionerin mühərrik hissəsinin üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Paylaş:

Ən son xəbərlər