Məzmuna keç
Pravda.az — xəbər portalı
Sağlamlıq

Çindən Bakıya gələn iki nəfərdə yüksək temperatur qeydə alındı – Koronavirus təhlükəsi

1 051
Paylaş:
Çindən Bakıya gələn iki nəfərdə yüksək temperatur qeydə alındı –     Koronavirus təhlükəsi

Dünən Türkiyənin paytaxtı Ankaradan Bakıya gəlmiş 6 Azərbaycan vətəndaşından 2-sində yüksək temperatur aşkarlanıb.

Pravda.az-ın xəbərinə görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında yüksək temperatur aşkarlanan Azərbaycan vətəndaşları 1 saylı Kliniki Tibbi Mərkəzə göndəriliblər.

Hazırda onlar klinikadadırlar və həkimlər tərəfindən müayinə edilirlər. Onlar karantin bitənədək həkim nəzarəti altında olacaqlar.

Ötən gün Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Uhandan təxliyə olunmuş şəxslərin karantin müddətinin başa çatdığını, onların heç birində koronavirusun aşkarlanmadığını açıqlayıb.

Xatırladaq ki, fevralın 1-də koronavirusun yayılma ocağı olan Çinin Uhan şəhərindən Türkiyə ordusuna məxsus təyyarə ilə həmin ölkə vətəndaşları ilə yanaşı, əksəriyyəti tələbələr olan 6 Azərbaycan vətəndaşı da təxliyə edilib.Report

Paylaş:

Ən son xəbərlər