ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinlə dekabrın 30-da telefonla danışacaq.
Pravda.az-ın xəbərinə görə bu barədə CNN telekanalı Ağ Evin nümayəndəsi Emili Horna istinadla məlumat yayıb. Məlumatda Baydenin rusiyalı həmkarı ilə sabah telefonla danışacağı bildirilir.
Emili Horn deyib: “Bayden hesab edir ki, Rusiya ilə münasibətdə heç nə liderlər arasında birbaşa dialoqu əvəz edə bilməz”.
Ağ Evdən daha sonra bildiriblər ki, telefon danışığı zamanı bir çox məsələ, o cümlədən diplomatik məsələlər müzakirə ediləcək.
“Bayden Putinlə telefonla danışacaq”