Sosial şəbəkələrdə böyük marağa səbəb olan görüntülərdən bəhs edəcəyik. Söhbət dişini çəkdirməyə gələn 6 yaşlı uşaqla stomatoluqun dialoqundan gedir.
Dişini çəkdirməyə gələn azyaşlı ilə həkimin dialoqu sosial mediada qısa vaxt ərzində böyük marağa səbəb olub.
Stomatoloq uşağı danışdırır, fikrini yayındırır, mümkün qədər xoş sözlər deməklə onun əhval- ruhiyyəsini qaldırır.
Quba rayonunun Söhüb kəndində yaşayan uşaq-Baba Bərxudayevin dişi ağırdığından valideynləri onu stamatoloq Fərman Əliyevin yanına gətiriblər. Həkim uşağın qorxduğunu, narahat olduğunu görüb və bu hissləri uzaqlaşdırmaq üçün onunla xoş söhbətə başlayıb.