Ermənistanın baş naziri Nikol Paşinyanın qızı Mariam Paşinyanın 1 379 dollarlıq ayaqqabısı ölkə əhalisi arasında geniş rezonans və hiddət yaradıb.
Belə ki, baş nazirin qızı Mariam Paşinyan dünya şöhrətli dizayner “Manolo Blahnik”in ayaqqabısını geyinərək onun şəklini sosial şəbəkədəki hesabında paylaşıb. Bu ayaqqabıların orta qiyməti təxminən 500 ABŞ dollarından başlayır. “Armday.am” saytı araşdırma zamanı müəyyən edib ki, baş nazirinin qızının geyindiyi ayaqqabının qiyməti 1 379 ABŞ dollardır.
“Ola bilsin, Mariam Paşinyan sonradan ayaqqabıların orijinal deyil, sadəcə ucuz növ olması barədə məlumat paylaşsın. Nəzərə alsaq ki, ölkədə həddindən artıq yoxsulluq hökm sürür və onun atasının imzaladığı kapitulyasiya səbəbindən bu gün çoxları hətta öz evindən, torpağından və övladından məhrumdur”, - deyə sayt qeyd edib.