Son günlər uşaqlar arasında virus yayılıb. Xəstəliyə yoluxan bütün uşaqlarda qızdırma, öskürək, halsızlıq və iştahsızlıq kimi əlamətlər müşahidə olunur. Valideynlər belə vəziyyətin bir neçə həftədir davam etdiyini deyirlər. Onların sözlərinə görə övladlarına verdikləri dərmanların da effekti çox azdır. Əczaçılar da uşaq dərmanlarının son dövrlər çox alındığını təsdiqləyirlər. Uşaqlar arasında virusun yayılmasına səbəb nədir ?
Azyaşlılar arasında bir neçə həftədir ki, virus yayılıb. Başlıca əlamətləri yüksək temperatur, fasiləsiz öskürək, halsızlıq və iştahsızlıqdır.
Valideynlər narahat oluqlarını deyirlər. Onların sözlərinə görə dərmanlar belə uşaqların səhhətinə müsbət təsir göstərmir.