Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

Qubad İbadoğlunun deputat seçilən qardaşından AÇIQLAMA

4 197
Paylaş:
Qubad İbadoğlunun deputat seçilən qardaşından     AÇIQLAMA

84 saylı Füzuli seçki dairəsindən deputatlığa lider namizəd Vüqar Bayramov qardaşı Qubad İbadoğlunun qızı Jalə Bayramovanın fevralın 9-da seçki məntəqəsində döyülməsinə münasibət bildirib.

Pravda.az onun açıqlamasını təqdim edir:

"Hadisə baş verən gündən Jalə Bayramovanın döyülməsinə mən qardaşım qızının deyil, gənc bir Azərbaycan vətəndaşının təzyiqə məruz qalması faktı kimi yanaşmışam və günahkarların cəzalandırılması üçün hüquqi müstəvidə tələb olunan addımların atılmasını vacib hesab etmişəm. Bildirirəm ki, hadisənin baş verdiyi 9 fevral tarixindən hüquq-mühafizə orqanları tərəfindən aparılan diqqətimdədir, onlarla yaxın təmasdayam. Bu günədək sosial şəbəkədə açıqlama verməməyin yeganə səbəbi məhz hadisənin səbəbkarlarının öz layiqli cəzalarını alması üçün aparılan istintaq hərəkətlərinə mane olmamaq, hadisədən öz şəxsi çıxarıları üçün istifadə etməyə çalışanlara bu fürsəti verməməkdir.

Bu faktla bağlı sosial şəbəkələrdə paylaşımların edilməsini adekvat reaksiya kimi qarşılayıram. Lakin sosial şəbəkələrdə bu hadisənin ətrafında ucuz və çirkin şou yaradaraq seçkiqabağı təbliğat dövründəki şər-böhtan kampaniyalarını davam etdirən bəzi deputatlığa namizədləri və onların tərəfdarlarını, eyni zamanda yaranmış situasiyadan öz şəxsi mənafeləri üçün faydalanmağa çalışan, baş verənləri hakimiyyətə qarşı mübarizədə bir fürsət kimi görən "hüquq müdafiəçilərini" şiddətlə qınayıram".

Paylaş:

Ən son xəbərlər