Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Rəsul Quliyevdən Paşinyana: "Yoxa çıxmış Ermənistan dövlətinə yas saxlayacaqsınız"

3 340
Paylaş:
Rəsul Quliyevdən Paşinyana:     "Yoxa çıxmış Ermənistan dövlətinə yas saxlayacaqsınız"

Azərbaycanın sabiq spikeri Rəsul Quliyev Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi iddialara münasibət bildirib.

Pravda.az-ın xəbərinə görə, R.Quliyev Paşinyanın dediklərinin həqiqətəuyğun olmadığını qeyd edib.

"İlk növbədə Paşinyanın II Tiqranın vaxtında Qafqazda Azərbaycan adlı dövlət yox idi fikirini nadanlığın zirvəsi adlandırmaq olar. Bu gün 1.5 milyard, 200, 250 milyon əhaliləri olan Hindistan, Pakistan, Banqaladeş kimi dünya əhalisinin 30 faizinin yaşadığı ölkələrin 2000-il öncə yox, heç 500 il bundan öncə adları yox idi, məgər bu, insanların ad alana qədər orada yaşamadığına dəlalət edir. Bu səviyyədə nadanlıq ola bilərmi? Bugünkü dünyanın hegemonu ABŞ-ın adı 1776-cı ilə qədər mövcud deyildi və ya bütün Latın Amerika ölkələrinin indiki adları 19-20-ci əsrlərdə yaranıb. Bu elementar tarixi bilmirsinizsə, cənab Paşinyan susmanız daha yaxşı olardı. Ermənistan adlandırdığınız dövlət istər II Tiqran, istərsə də başqa oyuncaq şahlarınızla ya İranın indiki adı, ( və ya əvvəlki Əhmədinlər, Midiyalılar, Perslər, Sasanilər və sair) ya Makedonskinin ya da Roma imperiyasının tərkibində hərdən də hər iki imperiyanın tərkibində bölünərək əyalət şəkilində olub. İran imperiyasının tərkibində 50-dən çox əyalət var idi, onlardan birinin də adı Ermənistan idi. Açın tarixi oxuyun və nəhayət ağlınızı başınıza toplayıb düşünün nə üçün dediyiniz kimi 2500 il bundan öncə mövcud olmuş Ermənistan dövləti inkişaf etməyib, bu gün dünya üzrə maksimum 5 milyon erməni yaşayır. Yaxın tarixinizə baxın 1991-ci ildə müstəqillik alan 2.5 milyon əhalisi olan Ermənistanın bu gün 1.5 maksimum 1.8 milyon əhalisi qalıb. 1991-ci ildə 7 milyon əhalisi olan Azərbaycanda bu gün 10 milyon azərbaycanlı yaşayır. Ümumiyyətlə, ermənilərdən fərqli olaraq dünyada 5 milyon yox 40 milyona yaxın (türklərdən söhbət getmir, onlar nəzərə alınsa 350 milyona yaxın bir rəqəm ortaya çıxacaq) azərbaycanlı yaşayır.

Bir məsələdə mən sizinlə razıyam. Dağlıq Qarabağın əhalisi ilə danışmaq lazımdır. Azərbaycanın ərazi bütövlüyü şərti ilə nə istədiklərini öyrənmək lazımdır. Belə bir danışıqların aparılmasında Bişkek protokolunda nəzərdə tutulmuş hər iki icma üzvüləri erməni və Azərbaycan icmalarını üzvüləri Dağlıq Qarabağ tərəfindən bu danışıqlarda iştirak etməlidirlər. Azərbaycan tərəfi Bişkek protokoluna bu şərt daxilində düzgün edib imza atıb. Bununla da bir daha Azərbaycanın məsələni yerli əhali ilə müzakirə etməyə hazır olduğunu göstərib. Sizin Qarabağ bizimdir, burada heç vaxt azərbaycanlılar yaşamayıb kimi sayaqlamalarınız ,işğal edilmiş torpaqlarda ağalıq etməniz bugünkü eskalasiyaya gətirib çıxardıb. Utanmadan Stalin Qarabağı Azərbaycana verib kimi yalanlar dövlət başçısına yaraşmaz. Dağlıq Qarabağ referendum yolu ilə Azərbaycana daxil edilibdir. 50 min erməni, 30 min azərbaycanlı yaşayan Dağlıq Qarabağ bizimdir deməklə siz Ermənistanı da itirəcəksiniz. Tarix sizə dərs verə bilmir, çünki bütün siyasətinizi millətçilik və fövqəladə xalq isteriyası üzərində qurmusunuz. Dediyiniz II Tiqrandan bu günə qədər hər şeyinizi itirmisiniz və apardığınız bu siyasətlə yaxın 10 illərdə II Tiqran nağılınızı ayrı-ayrı ölkələrdə kiçik qruplarla alovlu çıxışlarınızla yada salacaqsınız. Yoxa çıxmış Ermənistan dövlətinə yas saxlayacaqsınız. Bu belə olacaq. Tarix bu prosesin belə olacağını sizə həmişə sübut edib".

Qeyd edək ki, fevralın 15-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Münxen təhlükəsizlik konfransı çərçivəsində görüş keçirilib. İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə çıxışı zamanı bildirib ki, Ayaz Mütəllibovun səhhəti çox yaxşıdır və Bakıda yaşayır. Ola bilsin ki, Ermənistan tərəfi bunu bilmir. O, bu yaxınlarda və bir neçə dəfə deyib ki, o, heç vaxt Xocalı soyqırımının azərbaycanlılar tərəfindən təşkil edildiyini deməyib. Bunlar “feyk” xəbərlərdir. Rusiyadakı bəzi erməni jurnalistlər tərəfindən icad olunub və Rusiya mətbuatında dövriyyəyə buraxılıb. Lakin o, heç vaxt bunu deməyib. Bu, tamamilə bir həqiqətdir. Xocalıda soyqırımı törədənlərin adları hamıya məlumdur. Onlar yerli ermənilər idi, Ermənistandan olan ermənilər və diaspordan olan ermənilər idi. Bu şəxslərin adları hamıya məlumdur. Bu barədə çoxlu kitablar və beynəlxalq məqalələr çap olunub. Ona görə azərbaycanlıların özlərinin 63 uşağı, 100 qadını vəhşicəsinə öldürdüyünü demək, eyni zamanda, 1000 nəfərin itkin düşdüyünü söyləmək, bu, sinizmin zirvəsidir.

Paylaş:

Ən son xəbərlər