Qırğızıstan parlamenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı kontingenti tərkibində Qazaxıstana hərbi kontingentin göndərilməsi barədə qərarı təsdiqləyib.
Pravda.az xəbər verir ki, Qazaxıstana 150 qırğızıstanlı hərbçi göndəriləcək. Hərbi kontingent Qazaxıstanda əsas strateji dövlət və hərbi obyektləri mühafizə edəcək.
Xatırladaq ki, KTMT-ya üzv Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstan Qazaxıstana sülhməramlı kontingent göndərmək barədə qərar verib.
Qırğızıstan parlamenti Qazaxıstana hərbi kontingentin göndərilməsini təsdiqlədi