Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Məşhur aktyor vəfat etdi

975
Paylaş:
Məşhur aktyor vəfat etdi

“Ən yaxşı kişi aktyor” nominasiyasında Oskar mükafatı qazanan ilk qaradərili aktyor Sidni Puatye 94 yaşında dünyasını dəyişib.

Aktyorun ölüm səbəbi bəlli deyil.

Qeyd edək ki, S.Puatye 1927-ci ildə ABŞ-ın Mayami şəhərində anadan olub. 1958-ci ildə "Müdafiəsizlər" filminə görə Oskar mükafatına namizəd olduqdan sonra 1963-cü ildə "Çöldəki zanbaqlar" filminə görə “Ən yaxşı kişi aktyor” nominasiyasında Oskar qazanıb.

O, 40-dan çox filmdə rol alan aktyor-siyasətçi kimi də tanınır. S.Puatye1997-2007-ci illərdə Baham adalarının Yaponiyadakı səfiri olub.

Paylaş:

Ən son xəbərlər