Türkiyə Silahlı Qüvvələri Akçakale sərhəd xəttində PKK terrorçularına qarşı əməliyyat keçirib.
Pravda.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, 3 hərbi qulluqçunun şəhid olduğundan sonra atəş dəstək qrupları PKK/YPG terrorçularının mövqelərinə aramsız zərbələr endirib. İlkin məlumata görə, 12 terrorçu zərərsizləşdirilib.
Əməliyyatların davam etdiyi vurğulanır.
Türkiyə ordusu 3 şəhidinin qisasını aldı, 12 terrorçu məhv edildi