Mərkəzi Seçki Komissiyası (MSK) bu günə qədər 68 Dairə Seçki Komissiyasının 179 seçki məntəqəsi üzrə 385 videogörüntünü araşdırıb.
Məzahir Pənahov: “Araşdırmalar davam etdirilir”
Pravda.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, daxil olan protokollar və onlara uyğun sənədlərin hamısını araşdırılır: “Biz çalışırıq ki, daxil olan bütün müraciətləri araşdıraq. Namizədlərin narahat olmasına ehtiyac yoxdur. MSK-ya daxil olan bütün müraciətlər tərəfimizdən araşdırılır”.APA