Avropa Parlamentinin yeni prezidenti postuna seçkilər yanvarın 18-nə təyin edilib.

Pravda.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin yaydığı bəyanatda deyilir. Avropa Parlamenti sədrinin funksiyaları müvəqqəti olaraq birinci müavin Roberta Metsoleyə veriləcək.

Qeyd edək ki, AP-nin əvvəlki sədri David Sassoli bu gün İtaliyada xəstəxanada dünyasını dəyişib. 65 yaşlı siyasətçi immunitet sisteminin disfunksiyası nəticəsində yaranan fəsadlar səbəbindən xəstəxanaya yerləşdirilmişdi.