İsveçdə yanvarın 14-dən yeni məhdudiyyətlər tətbiq ediləcək.
Sabahdan məhdudiyyətlər tətbiq ediləcək - İsveçdə
Bu barədə ölkənin Baş naziri Maqdalena Andersson məlumat verib.
Barlar və restoranlar saat 23:00-da bağlanacaq, bu yerlərdə bir masa arxasında səkkizdən çox insanın toplanması qadağan olunub. COVID-19 pasportları tətbiq edilməyən kütləvi tədbirlərin iştirakçılarının sayı 50 nəfərlə məhdudlaşdırılır.