BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu quruma əlavə 5 avtomobil ayrıldı

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə ayrılan xidməti minik avtomobillərinin say həddi artırılıb.

 

Pravda.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərara etdiyi dəyişiklikdə əksini tapıb.

 

Qərara əsasən, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə ayrılan xidməti minik avtomobillərinin say həddi 3-dən 8-ə qaldırılıb. Əlavə 5 xidməti minik avtomobili Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinn ərazi və yerli bölmələr üzrə ayrılıb.

Tarix: 13 Yanvar 2022, 16:51   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin