Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Sülhməramlıların ilk qrupu Qazaxıstandan Rusiyaya qayıtdı - VİDEO

834
Paylaş:
Sülhməramlıların ilk qrupu Qazaxıstandan Rusiyaya qayıtdı -     VİDEO

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kontingentinin sülhməramlıları Qazaxıstandan Rusiyaya qayıtmağa başlayıb.

Pravda.az xəbər verir ki, sülhməramlıların daşınması Rusiyanın İl-76 təyyarələrində həyata keçirilir. Sülhməramlılar daimi dislokasiya yerinə - İvanovo vilayətinə çatdırılacaq. Bu iş üçün 4 təyyarə cəlb olunub.

KTMT-nin qalan sülhməramlıları 10 gün ərzində ölkələrinə qayıdacaqlar.

Ümumilikdə Rusiya, Ermənistan, Belarus, Qırğızıstan və Tacikistandan olan iki mindən çox sülhməramlı Qazaxıstana göndərilib.

 
 
Paylaş:

Ən son xəbərlər